Topçubaşov Mərkəzinin əməkdaşları San-Dieqoda təlimdədir
Topçubaşov Mərkəzinin əməkdaşları Gülxanım Məmmədova və Şücaət Əhmədzadə hal-hazırda “Münaqişələrin həlli və mediasiya” 6 aylıq proqramı çərçivəsində San Dieqo Universitetində səfərdədir.
20 gün davam edəcək səfər çərçivəsində Azərbaycan və Ermənistandan sülh quruculuğu sahəsində aktiv olan gənclər münaqişə transformasiyası mövzusunda nəzəri biliklərini inkişaf etdirirlər.
Proqram çərçivəsində iştirakçılar tədqiqat işlərini kurs nəticəsi kimi təqdim edəcəklər.