Məhəmməd Məmmədov Gürcüstan Siyasət İnstitutunun virtual ictimai müzakirəsində çıxış edib
16 dekabr tarixində Topçubaşov Mərkəzinin tədqiqatçısı Məhəmməd Məmmədov Gürcüstan Siyasət İnstitutu və Henrix Böll Fondunun Tbilisi ofisi tərəfindən təşkil olunan "Cənubi Qafqazda geosiyasi dəyişikliklər: avropalaşma perspektivləri və enerji siyasəti" mövzusunda məqalələrin virtual ictimai müzakirəsində iştirak edib. Tədbir zamanı o, "Rusiyanın Ukraynaya hücümü orta dəhlizin Şərq-Qərb ticarətində əlverişli bir marşrut kimi çıxması üçün nəticələr" mövzusunda məqaləsini təqdim edib.