Topçubaşov Mərkəzinin əməkdaşları Ağdama səfər edib
Topçubaşov Mərkəzinin əməkdaşları Nigar Müzəffərova, Simona Skotti və Şücaət Əhmədzadə 16 Noyabr tarixində işğaldan azad edilmiş Ağdama səfər ediblər. Azərbaycan Prezidentinin Qarabağ İqtisadi Rayonu üzrə Xüsusi Nümayəndəliyinin baş məsləhətçisi Araz İmanov tərəfindən müşayiət olunan qrup dünyanın ən böyük kabus şəhərlərindən sayılan Ağdamda işğal dövründə dağıdılmış infrastruktur ilə tanış olub, həmçinin şəhərin əsas tarixi abidələri sayılan Xurşidbanu Natəvanın türbəsi, Pənahəli xanın sarayı, Ağdam Dram teatrının qalıqlarını ziyarət edib. Yerli rəsmilər qonaqları yenidən qurulacaq şəhərin gələcək inkişaf konsepsiyası ilə də tanış edib.