Məhəmməd Məmmədov Konrad Adenauer Fondunun Cənubi Qafqaz nümayəndəliyini ziyarət edib

Məhəmməd Məmmədov Konrad Adenauer Fondunun Cənubi Qafqaz nümayəndəliyini ziyarət edib

İyulun 22-də Topçubaşov Mərkəzinin tədqiqatçısı Məhəmməd Məmmədov dünyanın qabaqcıl beyin mərkəzlərindən olan Almaniyanın Konrad Adenauer Fondunun Tbilisi ofisini ziyarət edib və təşkilatın Cənubi Qafqaz üzrə Regional Direktoru Stefan Malerius, Elmi İşçi Matias Hespe və Layihə Koordinatoru Şorena Qaribaşvili ilə görüşüb. Görüşdə Cənubi Qafqaz ölkələrinin qitələrarası nəqliyyat layihələri üçün önəmi, Ukraynada davam edən müharibənin regional təsirləri və təşkilatlar arasında mümkün əməkdaşlıq yolları müzakirə olunub.