Məhəmməd Məmmədov beynəlxalq layihədə iştirak edəcək
Mərkəzimizin tədqiqatçısı Məhəmməd Məmmədov Gürcüstan Siyasət İnstitutunun təçkilatçılığı və Almaniyanın Henrix Böl Fondunun Tbilisi ofisinin dəstəyi ilə "Cənubi Qafqaz regionunda geosiyasi dəyişikliklərin analizi" mövzusunda baş tutacaq layihə çərçivəsində müzakirələrdə iştirak edəcək. Məhəmməd bəyin araşdırma mövzusu nüfuzu artmaqda olan Orta Dəhliz layihəsinin gələcək inkişaf perspektivlərini əhatə edir. Gürcüstan, Azərbaycan və Ermənistandan olan gənc tədqiqatçıların qatıldığı proqram 2022-ci ilin sonunadək davam edəcək.