Topçubaşov Təcrübə Proqramı

Topçubaşov Mərkəzi təcrübə proqramı elan edir. Proqramının əsas məqsədi tələbələr və gənc məzunların bilik və bacarıqların artırılması, gələcək fəaliyyətlərinə təkan verilməsidir.
Təcrübə proqramına aşağıdakı ixtisaslar üzrə müraciətlər qəbul olunur:
- Beynəlxalq münasibətlər;
- Siyasi elmlər;
- Regionşünaslıq;
- Dövlət və bələdiyyə idarəetməsi;
- İqtisadiyyat.
Təcrübə proqramına kimlər müraciət edə bilərlər?
- Əsasən yuxarıda qeyd olunan ixtisaslar üzrə bakalavr və magistratura pillələrində təhsil alan tələbələr, həmçinin yeni məzunlar;
- Bir neçə mövzu üzərində işləməyə və öyrənməyə hazır, bilik və bacarıqlarını artırmağa həvəsli şəxslər;
- Namizədlərin təhlil qabiliyyəti və dil biliklərinin yuxarı səviyyədə olması arzu ediləndir.
Təcrübə proqramına necə müraciət etmək olar?
Təcrübə proqramına qoşulmaq istəyən şəxslər öz tərcümeyi-hal (CV) və motivasiya məktublarını [email protected] elektron poçt ünvanına başlıqda “Təcrübə proqramı” qeyd etməklə göndərə bilərlər.
Son müraciət tarixi: 31 avqust 2021