İş elanı: Layihələr üzrə mütəxəssis

İş elanı: Layihələr üzrə mütəxəssis

Vəzifə və öhdəliklər:

-    Layihələrin planlaşdırılması, yazılması, icrası prosesinin koordinasiyası; 
-    Layihələrin icrası üçün maraqlı tərəflərin və ixtisaslı kadrların cəlb edilməsi;
-    Yerli və beynəlxalq tədbirlərin idarə edilməsi, görüşlərin təşkili;
-    Yerli və əcnəbi həmkar təsisatlarla, o cümlədən ekspertlərlə münasibətlərin yaradılması, inkişaf etdirilməsi və birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsi.

Tələblər:

-    İctimai münasibətlər, beynəlxalq əlaqələr, idarəetmə, siyasi elmlər, kommunikasiya və ya digər əlaqəli sahələr üzrə ali təhsil;
-    Mərkəzin fəaliyyətinə maraq və araşdırma istiqamətləri üzrə ümumi dünyagörüşü;
-    Ünsiyyət, təşkilatçılıq və təqdimat bacarıqları;
-    Azərbaycan və ingilis dillərində yazılı və şifahi kommunikasiya bacarıqları (əlavə olaraq üçüncü dil biliyi olanlara üstünlük veriləcək);
-    Komandada işləmək bacarığı, təşəbbüskarlıq və inkişaf üçün motivasiya;
-    MS Office, Google Drive, onlayn axtarış sistemləri və sosial media kanalları ilə iş üzrə təcrübə.

20-30 yaş qrupuna aid olan namizədlərə üstünlük veriləcək. Əmək haqqı iş rejimi və sahə üzrə təcrübədən asılı olaraq namizədlə razılıq əsasında müəyyən ediləcək.

Maraqlanan şəxslərin “Mövzu” bölməsində vakansiyanın adını qeyd etməklə öz tərcümeyi-halını (CV) [email protected] ünvanına göndərmələri xahiş olunur.

Yalnız müsahibəyə dəvət edilən namizədlərlə əlaqə saxlanılacaq.

#işvar