Ermənistan və Türkiyə arasındakı uçurum: Çıxış yolu varmı?

Ermənistan və Türkiyə arasındakı uçurum: Çıxış yolu varmı?

Nə qədər banal səslənsə də, Türkiyə ilə münasibətlərin normallaşması, blokadanın götürülməsi, sərhədlərin açılması Ermənistan iqtisadiyyatının bərpası üçün ən optimal yoldur. Ermənistanın 44 günlük müharibədə məğlub olması isə bu məsələni daha da çətinləşdirir.

Son vaxtlara qədər Ermənistan bazarında türk mallarının mövcudluğu (müxtəlif, o cümlədən qeyri-qanuni sxemlər yolu ilə), Antalya kurortlarının ermənilər üçün açıq olması, yaxın keçmişə aid "futbol diplomatiyası" Türkiyənin Ermənistana tətbiq etdiyi blokadanın hərtərəfli olmadığını sübut edir. Türk mallarının idxalını qadağan edən son qərar rasional olmasa da erməni cəmiyyətinin üzləşdiyi ağır post- məğlubiyyət sindromu nöqteyi nəzərindən “emosional olaraq əsaslı”dır. Əsas problemlərdən biri odur ki, Ermənistandakı siyasətçilər indi seçkiqabağı məntiq ilə düşünürlər və hazırda bu müddətin nə qədər davam edəcəyini söyləmək çətindir. N. Paşinyan ehtiyatla erkən parlament seçkiləri məsələsini ya gündəmdən çıxarmağa, ya da təxirə salmağa çalışır. Əsas rəqibi R.Köçəryan Moskvaya səfərindən sonra "qəfildən" erkən parlament kampaniyasına başladığını bildirdi. Belə bir şəraitdə Ankara ilə münasibətlərin normallaşdırılması mövzusu demək olar ki, siyasi tabudur.

İrəvanın Ankara ilə konstruktiv əlaqələr qurmaq cəhdləri Azərbaycanla münasibətlərin bərpası və Ermənistanın Qarabağın gələcək taleyi ilə bağlı mövqeyindən asılı olacaqdır ("futbol diplomatiyası" Bakının sərt mövqeyi və Türkiyəyə qarşı birmənalı siqnallar göndərdiyi üçün nəticə verməmişdi, amma indi vəziyyət tamamilə fərqlidir). Moskva, "bölgədəki əsas müttəfiqi" ilə münasibətində Rusiyanı "mümkün yeganə xilaskar" kimi göstərərək özündən olan asılılığı artıracaqdır.  Kremlinin bu məntiqinə əsasən məhz Rusiyanın hərbi protektoratı altında Qarabağda ayrıca dövlətçilik və ermənilər arasında "yalnız Rusiya ilə mümkün olan intiqam" narrativləri formalaşır. Mövcud seçki formatında Moskvanın dəstəyini əldə etməyə can atan çıxış istənilən erməni siyasətçi Moskvanın məntiqinə görə bu dəstək olmadan Ermənistanda hər hansı iddia irəli sürməyin mümkün olmaması aksiomunu qəbul etməlidir. Qarabağın beynəlxalq arenadakı "statusu" ilə bağlı Minsk formatında müzakirəyə qayıtma cəhdləri isə Bak və Ankara ilə münasibətlərinin canlanmasının qarşısını ala bilər.

Ermənistanın Türkiyə ilə münasibətlərini normallaşdıra biləcəyi ehtimalı da var. Bu, İrəvan üçün ABŞ və ya NATO kimi alternativ güc mərkəzindən təhlükəsizlik zəmanətləri ilə bağlıdır (Vaşinqton ilə Ankara arasındakı münasibətlərin düzəlməsi fonunda). Ancaq Qarabağdakı "sülhməramlılar" Kreml tərəfindən İrəvana qarşı təsir aləti kimi hələ də qalır...

İlk dəfə burada yayımlanmışdır.