Qarabağ münaqişəsi: Ermənistan və etnik kimlik kartı
Hazırda Azərbaycan ordusunun işğalçı qüvvələrdən azad etməyə çalışdığı Dağlıq Qarabağ və ətraf ərazilərdə şiddətli döyüşlərin getdiyi bir vaxtda Ermənistanda müəyyən qüvvələr Azərbaycana qarşı etnik kimlik kartından istifadə etməyə cəhd edir, Azərbaycandakı etnik azlıqlara müraciət edərək onları hərbi əməliyyatlarda iştirak etməməyə çağırır.
Bu situasiyadakı ikiüzlülük hər iki ölkənin demoqrafik vəziyyətində nəzər saldıqda aşkar görünür: ləzgi, rus, erməni, talış, tat, yəhudi və digər etnik qrupların ümumi evi olan Azərbaycan hər zaman tolerantlıq və birgə yaşayışı təlqin etdiyi halda, Ermənistan 1980-ci illərdən bəri Avropanın, bəlkə də dünyanın, demoqrafik cəhətdən ən homogen ölkəsi statusuna sahibdir. Ermənistan cəmiyyətinin bu monoetnik quruluşu həmçinin 1988-ci ildə kifayət qədər böyük - 250-300 min nəfərlik azərbaycanlı icmanın məcburi deportasiyası ilə "əldə edilib". Erməni tərəfinin etnik təmizləmə siyasəti 1990-cı illərin əvvəllərində 700 min azərbaycanlının qovulduğu Dağlıq Qarabağ və ətraf ərazilərdə də effektiv formada davam etdirilmişdi.
Üstəlik, ümumilikdə Dağlıq Qarabağ problemi və hazırda baş verən toqquşmalar Ermənistan tərəfinin təqdim etməyə çalışdığı kimi etnik münaqişə də deyil. Bu, bir ölkənin qonşusunun beynəlxalq miqyasda tanınmış ərazilərinin işğal etməsi ilə baş verən ərazi münaqişəsi kimi nəzərdən keçirilməlidir.