Muslim İnstitutunun nümayəndələri Topçubaşov Mərkəzini ziyarət ediblər
22 iyun 2026-cı il tarixində Pakistanda yerləşən Muslim İnstitutunun İctimaiyyətlə Əlaqələr üzrə məsul şəxsi Asif Tanver Avan və tədqiqatçısı Rəfaqət Hüseyn Topçubaşov Mərkəzini ziyarət ediblər.
Qonaqlar Mərkəzin tədqiqatçıları Məhəmməd Məmmədov və Simona Skotti, həmçinin təcrübəçi Zəhra Musayeva ilə görüş keçiriblər. Görüş zamanı tərəflər Cənubi Qafqazda baş verən proseslər, Azərbaycan–Pakistan münasibətləri və iki institut arasında gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.