Rusif Hüseynov Azərbaycan-Özbəkistan dəyirmi masasında iştirak edib

Rusif Hüseynov Azərbaycan-Özbəkistan dəyirmi masasında iştirak edib

19 fevral 2026-cı il tarixində Topçubaşov Mərkəzinin direktoru Rusif Hüseynov Özbəkistanın Bakıdakı səfirliyində Azərbaycan-Özbəkistan münasibətlərinə həsr olunmuş dəyirmi masada iştirak edib.

Tədbirdə hər iki ölkədən olan ekspertlər siyasi, iqtisadi və digər sahələrdə ikitərəfli əməkdaşlığın gücləndirilməsi, təhsil və mədəni-humanitar əlaqələrin inkişafı, müttəfiqlik qarşılıqlı fəaliyyətinin daha da artırılması məsələlərini nəzərdən keçiriblər.