Rusif Hüseynov Ermənistanda dəyirmi masada çıxıb edib
13 fevral 2026-cı ildə Topçubaşov Mərkəzinin direktoru Rusif Hüseynov "Sülh körpüsü" təşəbbüsü çərçivəsində Ermənistanda keçirilən dəyirmi masada çıxış edib. Onun çıxışı Azərbaycan-Ermənistan sülh prosesinin cari vəziyyəti və gələcək trayektoriyalarına fokuslanıb. Sessiya sual-cavab və ümumi müzakirələr formasında davam edib.
Qeyd edək ki, "Sülh körpüsü" təşəbbüsü Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətləri nümayəndələrinin birbaşa dialoqu kimi formalaşmış, bu çərçivədə 10 ekspert arasındakı ilk iki görüş 2025-ci ilin oktyabrında Ermənistanda, 2025-ci ilin noyabrında isə Azərbaycanda baş tutmuşdu.
Budəfəki, sayca 3-cü görüşdə say baxımından daha çox ekspert, o cümlədən Topçubaşov Mərkəzinin direktoru müavini Murad Muradov da iştirak edir. Azərbaycan ekspert heyəti görüşə Azərbaycan-Ermənistan quru sərhədinin delimitasiya olunmuş hissəsindən keçərək yollanıb.