Rusif Hüseynov Əbu-Dabidə çıxış edib

Rusif Hüseynov Əbu-Dabidə çıxış edib

26 noyabr 2025-ci ildə Topçubaşov Mərkəzinin direktoru Rusif Hüseynov BƏƏ-nin paytaxtı Əbu-Dabi şəhərində keçirilən panel sessiyasında iştirak etmişdir.

Ənvər Qarqaş adına Diplomatiya Akademiyasının təşkilatçılığı və Cenevrədə yerləşən "Humanitar Dialoq" (HD) Mərkəzinin fasilitatorluğu ilə keçirilmiş “Regional Geoikonomika: Cənubi Qafqaza Baxış” adlı bu sessiya Azərbaycan, Ermənistan, Gürcüstan və ABŞ-dan ekspertləri bir araya gətirmişdir.

Əsas çıxışı və auditoriya ilə sual-cavab zamanı Rusif Hüseynov Cənubi Qafqazda regional proseslər, milli kimlik məsələləri və nəqliyyat layihələrindən bəhs etmişdir.