Rusif Hüseynov NATO nümayəndələri ilə görüşüb

Rusif Hüseynov NATO nümayəndələri ilə görüşüb

2025-ci il oktyabrın 20-də Topçubaşov Mərkəzinin direktoru Rusif Hüseynov Gürcüstandakı NATO Əlaqələndirmə Ofisinin rəhbəri Aleksandr Vinnikov (Alexander Vinnikov) və həmin ofisin siyasi əməkdaşı Arkadiuş Legits (Arkadiusz Legieç) ilə görüşüb. Görüş NATO-nun Azərbaycan üzrə koordinatorları kimi fəaliyyət göstərən Slovakiya səfiri Elçin Qasımov və İsveç səfiri Tobias Lorentssonun (Tobias Lorentzson) təşkilatçılığı ilə keçirilib.

Müzakirələr zamanı iştirakçılar regiondakı cari siyasi proseslər, NATO-nun tərəfdaş ölkələrlə davam edən əməkdaşlığı və həyata keçirilən layihələr barədə fikir mübadiləsi aparıblar.