Simona Scotti İtaliyada təlim kursunda mühazirə demişdir

Simona Scotti İtaliyada təlim kursunda mühazirə demişdir

1 oktyabr 2025-ci il tarixində Topçubaşov Mərkəzinin tədqiqatçısı Simona Skotti İtaliya Karabinyeri qurumu tərəfindən Afrika İttifaqının diplomatları və hərbi zabitləri üçün təşkil olunmuş və ətraf mühitin idarə edilməsi və münaqişədən sonrakı ərazilərdə davamlı rekonstruksiyaya həsr olunmuş təlim kursunda mühazirəçi kimi iştirak etmişdir. Kurs İtaliyanın Sabaudiya şəhərində, Ətraf Mühitin Mühafizəsi üzrə Mükəmməllik Mərkəzində baş tutub.

Simona Skottinin sessiyası ətraf mühitin mühafizəsi, bərpa olunan enerji və icma davamlılığının müharibədən sonrakı bərpa səylərinə inteqrasiyası mövzusuna həsr olunmuşdur.