Topçubaşov Mərkəzinin direktoru Budapeştdə Dunay İnstitutunun rəhbərliyi ilə görüşüb

18 iyun 2025-ci il tarixində Topçubaşov Mərkəzinin direktoru Rusif Hüseynov Macarıstana səfəri çərçivəsində Budapeştdə yerləşən Dunay İnstitutunu ziyarət etmiş və qurumun icraçı direktor İştvan Kişş (István Kiss) ilə görüşmüşdür.
Görüş iki qurum arasında 2025-ci ilin aprelində Bakıda imzalanmış Anlaşma Memorandumunun əsasında birgə nəşrlər, müştərək tədbirlər və mübadilə proqramları da daxil olmaqla, əməkdaşlığın konkret yolları barədə müzakirələrə həsr olunmuşdur.