Avrasiya Əməkdaşlıq Fondu (Azərbaycan) və Topçubaşov Mərkəzinin Bosniya və Herseqovina barəsində nəşrinin təqdimatı

Avrasiya Əməkdaşlıq Fondu (Azərbaycan) və Topçubaşov Mərkəzinin Bosniya və Herseqovina barəsində nəşrinin təqdimatı

14 dekabr tarixində Avrasiya Əməkdaşlıq Fondu (Azərbaycan) və Topçubaşov Mərkəzi Bosniya və Herseqovina barəsində məqalələr toplusu olan birgə nəşrini təqdim etdi.

Qeyd edək ki, sözügedən nəşr Avrasiya Əməkdaşlıq Fondunun (Azərbaycan) payız aylarında bir qrup azərbaycanlı tələbənin Bosniya və Herseqovinaya səfərini nəzərdə tutan "Təhsil səfərləri" təşəbbüsünə daxildir. Bu layihəyə tərəfdaş kimi qoşulmuş Topçubaşov Mərkəzinin ekspertləri də səfərə hazırlıq və səfərdən sonra yazılı məzmunun redaktəsində iştirak etmişdir.

Təqdimat mərasimi zamanı Avrasiya Əməkdaşlıq Fondunun (Azərbaycan) nümayəndəsi İzzətxanım Cabbarlı, Topçubaşov Mərkəzinin direktoru Rusif Hüseynov, təhsil səfərinin iştirakçıları çıxış etmiş, tədbir daha sonra Gülxanım Məmmədovanın moderatorluğu, Rusif Hüseynov və Şücaət Əhmədzadənin spikerlik etdiyi panel müzakirəsi ilə davam etmişdir.

Sözügedən məqalələr toplusuna bu link vasitəsilə keçid etmək mümkündür.