Murad Muradov İbn Xəldun Universitetində keçirilən 4-cü Manas Forumunda iştirak edib

Topçubaşov Mərkəzinin direktor müavini Murad Muradov 16-17 oktyabr tarixlərində İstanbulda İbn Xəldun Universitetində təşkil olunan 4-cü Manas Forumunda iştirak edib. Bu ilki forum “Avrasiya məkanında əlaqələrin gücləndirilməsi və əməkdaşlıq” mövzusuna həsr olunub və regiondan tanınmış ekspertləri bir araya gətirib.
Murad Muradov “Təhlükəsizlik: Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində əməkdaşlığın yeni istiqaməti” mövzusunda çıxış edib.