Topçubaşov Mərkəzinin əməkdaşlarının qadınlar rolunun artması ilə bağlı Müzakirə İcmalının təqdimatı baş tutub
14 Aprel tarixində Topçubaşov Mərkəzinin əməkdaşları Gülxanım Məmmədova və Nigar Müzəffərovanın icra etdiyi və Avropa İttifaqının "Stabillik və Sülhə Yardım" (IcSP) aləti tərəfindən maliyyələşdirilən "Bacarıqları n artırılması və vətəndaşların iştirakı ilə sülh quruculuğu: Mərhələ 2” (PeaCE-2) proqramı çərçivəsində həyata keçirilən "İki od arasında: barışıq prosesində qadınlar" layihəsi çərçivəsində hazırlanmış Müzakirə İcmalının təqdimat mərasimi baş tutub.
Tədbir zamanı layihə çərçivəsində ekspertlərin iştirakı ilə keçirilmiş müzakirələrin nəticələri təqdim edilib. 11, 12 mart 2023-cü il tarixlərində baş tutan müzakirələr əsasən üç istiqamət üzərində aparılmışdır:
- Feminist xarici siyasət Azərbaycan üçün alternativ ola bilərmi? – yeni perspektivlər
- Barışıq proseslərində və sülh razılaşmalarında gender aspektlərinin nəzərə alınmasına necə nail olmaq olar? Davam edən barışıq prosesində qadınların mənalı iştirakına yeni yanaşmalar
- Qaçqın və məcburi köçkün qadınların qorunması və təmsil olunması. Onların ehtiyaclarına necə xüsusi diqqət yetirmək olar?