Topçubaşov Mərkəzinin əməkdaşlarının San-Dieqoda təlimi davam edir
Topçubaşov Mərkəzinin əməkdaşları Gülxanım Məmmədova və Şücaət Əhmədzadə 6 aylıq “Münaqişələrin həlli və Mediasiya” sertifikat proqramı çərçivəsində San Dieqo Universitetində təhsillərini davam etdirirlər.
Proqram çərçivəsində Azərbaycan və Ermənistandan sülh quruculuğu və münaqişələrin tədqiqi ilə məşğul olan gənc araşdırmaçılar münaqişələrin transformasiyası və mediasiya üzrə nəzəri biliklərini inkişaf etdirərək tədqiqat layihələri üzərində işləməyə başlayıblar.
Ümumilikdə may ayının sonlarına qədər davam edəcək sertifikat proqramının yekunu olaraq gənc araşdırmaçılardan öz nəzəri biliklərini praktikada istifadə edəcəkləri layihələr hazırlamaq gözlənilir.