"Azərbaycanda modernləşmə prosesinin tarixi və sosial dinamikası" mövzusunda mühazirə baş tutdu
Bu gün, 17 fevral tarixində Topçubaşov Mərkəzinin təşkilatçılığı ilə Antverpen Universitetinin doktorantı Tural Abdullazadənin "Azərbaycanda modernləşmə prosesinin tarixi və sosial dinamikası" adlı mühazirəsi baş tutub.
Mühazirəçi modernizmin Azərbaycanda son iki yüz ildə keçdiyi üç dövr və onların əsas xüsusiyyətləri barədə məlumat verib, həmçinin "ucqarlardakı fərqli qrupların öz mövcudluğunu qorumaq qayğısı üzərindən formalaşan cəmiyyət necə oldu ki, qısa zamanda modernləşmənin ən bariz formasın - dövləti yarada bildi?", "dövlətin ortaya çıxmasının arxasında dayanan sosial, ictimai və intellektual dinamika nədən ibarət idi?", "modernləşmək və fikir istehsalı arasındakı bağlılıq nədən ibarədir və günümüzdə Azərbaycanın məhrum olduğu fikir istehsalı nə üçün vacibdir?" kimi suallara cavab tapmağa çalışıb.
Mühazirə Tural bəylə dinləyicilər arasında sual-cavab hissəsi ilə başa çatıb.