Topçubaşov Mərkəzində Tədqiqat üzrə Təcrübə Proqramı

Topçubaşov Mərkəzində Tədqiqat üzrə Təcrübə Proqramı

Topçubaşov Mərkəzi təcrübə proqramı elan edir!

Proqramının əsas məqsədi tələbələr və gənc məzunların bilik və bacarıqların artırılması, gələcək fəaliyyətlərinə təkan verilməsidir. Seçilmiş şəxslər əvvəlcədən razılaşdıırlmış qrafik üzrə həftənin müəyyən günləri ən azı yarım gün (4 saat) Mərkəzin ofisində çalışmaq imkanı əldə edəcək.

Namizədlərə tələblər:

  • Əsasən beynəlxalq münasibətlər, siyasi elmlər, regionşünaslıq, dövlət və bələdiyyə idarəetməsi, və iqtisadiyyat ixtisasları üzrə bakalavr və magistratura pillələrində təhsil alan tələbələr, həmçinin yeni məzunlar;
  • Bir neçə mövzu üzərində işləməyə və öyrənməyə hazır, bilik və bacarıqlarını artırmağa həvəsli şəxslər;
  • Namizədlərin təhlil qabiliyyəti və dil biliklərinin yuxarı səviyyədə olması arzu ediləndir.

Təcrübə proqramına qoşulmaq istəyən şəxslər öz tərcümeyi-hal (CV) və motivasiya məktublarını [email protected] elektron poçt ünvanına başlıqda “Təcrübə proqramı” qeyd etməklə göndərə bilərlər. Yalnız kriteriyaları uyuğun olan namizədlərlə əlaqə saxlanılacaq. Təcrübə proqramı ödənişsizdir.

 

Son müraciət tarixi: 11 mart 2022