İkinci Qarabağ müharibəsindən sonra kommunikasiya xətlərinin açılması imkanları və onun sərhəddə yaşayan əhaliyə təsiri
Fridrix Ebert Fondunun (Almaniya) dəstəyi, Topçubaşov Mərkəzi (Azərbaycan) və Siyasi və İqtisadi Strateji Araşdırmalar Mərkəzinin (Ermənistan) təşkilatçılığı ilə "Qarabağın gələcəyi" adlı müzakirələr seriyasının altıncı hissəsi noyabrın 2-də baş tutmuşdur.
Müzakirələrdə iştirak edən azərbaycanlı və erməni mütəxəssislər İkinci Qarabağ müharibəsindən sonra kommunikasiya xətlərinin açılması imkanları və onun sərhəddə yaşayan əhaliyə təsiri barədə fikir mübadiləsi aparmışdır.