Dağlıq Qarabağ münaqişəsi Rusiya qüdrətinin çöküşünün nişanəsi kimi
Rusiyalı ekspertlərin və siyasətçilərin Qarabağ münaqişəsinin kəskinləşməsinə reaksiyası Rusiya imperiyasının davam edən ağır iztirabını nümayiş etdirir. Görünür, onlar özləri də dərk edirlər ki, mövcud müharibənin Moskva üçün heç bir müsbət nəticəsi yoxdur; çünki Rusiya münaqişənin özündən başqa Azərbaycan və Ermənistana təsir göstərmək üçün səmərəli kanallara malik deyil. Rusiyanın təklif edə biləcəyi hər hansı iqtisadi stimul mövcud olmadığından və postsovet respublikalarının müstəqilliyini heç vaxt ciddi qəbul etmədiyindən Moskva onlara qarşı müvafiq uzunmüddətli siyasət qurmağı düşünməmişdir.
Beləliklə, Moskva çıxılmaz vəziyyətdədir: müdaxilə etməsə, çox güman ki, Azərbaycan üstünlük qazanacaq, münaqişə həmişəlik sona çatacaq və Ermənistanın Rusiya ilə müttəfiqliyi üçün heç bir əsası qalmayacaq. Əgər Rusiya Bakını geri çəkilməyə məcbur edərsə, o zaman Cənubi Qafqazda bir deyil (Gürcüstan), iki düşmən, bilavasitə Qafqaz sərhədi boyunca mümkün NATO kəməri ilə və daha da zəifləmiş, daha az faydalı müttəfiq (Ermənistan) qazanacaq.
Bu səbəbdən biz Rusiyada “Türkiyənin cəzalandırılması və Qarabağdakı terrorist düşərgələrinin vurulması” kimi fantastik təklifləri, "İslamçı təhlükə" ilə bağlı hay-küyləri, Ermənistanın belə unutduğu açıq yalanların yenidən təkrarını (guya bir erməni təyyarəsinin türklər tərəfindən vurulması kimi), SSRİ-nin bərpası və ya "Artsax"ı tanımaq kimi isterik təklifləri eşidirik. Rusiya Xarici İşlər Nazirinin vasitəçiliyi ilə həyata keçirilən "atəşkəs" isə bir saat belə davam etmədi. Yəqin indi Moskva anlayıb ki, öz növbəsində yalnız Sovet birliyi, xalqlar dostluğu və müxtəlif münaqişələrlə bağlı şantaj vulqar realizmi haqqında köhnə və dəhşətli miflərə arxalandığı vaxtda Türkiyə yumşaq güc (soft power) yaradaraq regionun bir sıra ölkələri, o cümlədən Gürcüstan və Ukrayna üçün əvəzolunmaz tərəfdaşa çevrilə bilib və Rusiyada analoqu olmayan ən müasir, yüksək texnologiyalı silahlar istehsal edə bilib. Artan tarixi məğlubiyyət hissi və bunun əhəmiyyətsizliyə çevrilməsi, güman ki Moskvada bir çoxlarının narahatlığına səbəb olub.