Dağlıq Qarabağda Naxçıvan modeli? Türkiyəsiz bir proses qeyri-mümkündür!
30 ildən artıqdır ki, davam edən Dağlıq Qarabağ münaqişəsində bu günlərdə ədalət öz yerini tapmaqdadır. Artıq Azərbaycan işğal altındakı ərazilərində beynəlxalq hüququ yenidən bərpa etməkdədir.
Bunun ən böyük səbəblərindən biri heç şübhəsiz ki, Türkiyənin Azərbaycanın haqlı mövqeyini dəstəkləməsidir. Bir çoxları Türkiyənin Azərbaycanı təkcə etnik və mədəni səbəblərə görə dəstəklədiyini düşünür. Bu belə deyil: Türkiyə Azərbaycanın beynəlxalq hüquq və Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınan hüquqlarını müdafiə edir. 30 ildir ki, münaqişəni həll etmək adı ilə bölgəyə turistik səfərlər edən ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri – Amerika Birləşmiş Ştatları, Rusiya və Fransa öz mənasız fəaliyyətləri ilə prosesi bu günki həddə çatdırdıqları da göz önündədir. Əgər Türkiyənin diplomatik yollarla prosesə daxil olması beynəlxalq hüququn yenidən bərpasına səbəb olubsa, bundan sonra Türkiyəsiz bir prosesə niyə razı olmalıyıq?
Məlum olduğu kimi, erməni irridentizmi mütəmadi şəkildə Azərbaycanın bir hissəsi olan Naxçıvana qarşı da ərazi iddiası ilə çıxış edir. Lakin Türkiyənin Naxçıvanın zəmanətçisi olması Naxçıvanın və Naxçıvanda yaşayan azərbaycanlıların təhlükəsizliyi təmin edilib. Bu səbəbdən, Türkiyənin eyni zəmanətinin Dağlıq Qarabağ və Dağlıq Qarabağda yaşayan azərbaycanlılar üçün də təmin edilməsi gələcək perspektivdə önəmlidir və nəzərdən keçirilə bilər.