İki od arasında: münaqişə transformasiyasında qadınlar

İki od arasında: münaqişə transformasiyasında qadınlar

Qadınların sülh quruculuğuna cəlb edilməsi, qaçqın və məcburi köçkün qadınların qorunması və təmsil olunması prosesi, qarşılaşdıqları unikal problemləri nəzərə alacaq, onlarla bağlı şəbəkə, təhsil, aktivlik, strategiya və dialoqu əhatə edən hərtərəfli, vahid bir yanaşma tələb edir. Birlikdə işləyərək qadınlar sülhün təşviqində və daha inklüziv cəmiyyətlərin qurulmasında həlledici rol oynaya bilərlər.

Öz növbəsində, Azərbaycanda feminist xarici siyasət yanaşması bu istiqamətdə gender bərabərliyinə, insan təhlükəsizliyinə və ölkənin beynəlxalq münasibətlərində inklüzivliyə diqqət yetirməklə kömək edə bilər. Buraya qadın hüquqlarının və gender əsaslı inkişaf siyasətinin təşviqi, qaçqın və məcburi köçkünlərin ehtiyaclarına üstünlük verilməsi və vətəndaş cəmiyyəti təşkilatlarının və marginal qrupların xarici siyasət qərar qəbul etmə proseslərinə cəlb edilməsi daxil ola bilər. Bu eyni zamanda münaqişə şəraitində qadın və kişi təcrübələrindəki fərqləri tanımaq, gender bərabərsizliyinin kök səbəblərini aradan qaldırmaq və genderə həssas müddəaların sülh müqavilələrinə daxil edilməsini və səmərəli şəkildə həyata keçirilməsini təmin etməklə sülh müqavilələrində genderə həssas yanaşmanın tətbiq edilməsini tələb edir.

 

Tam mətni buradan endirin.