Nigar Müzəffərova "Caucan" tədbirində iştirak edib

Nigar Müzəffərova "Caucan" tədbirində iştirak edib

Topçubaşov Mərkəzinin və "Sağlam Düşüncə" Gənclər Təşkilatının əməkdaşı Nigar Müzəffərova 6-10 dekabr tarixlərində Gürcüstanın Bakuriani bölgəsində "CAUCAN" (Counter and Alternative Narratives for Human Rights in the Caucasus) layihəsinin son irihəcmli tədbirində iştirak etmişdir. 

Gürcüstanın "Droni Gənclər Assosiasiyası"nın ev sahibliyi etdiyi, Azərbaycandakı tərəfdaşı "Sağlam Düşüncə" Gənclər Təşkilatı olan layihənin əsas məqsədi media savadlılığını, kritik düşüncəni demokratik vətəndaşlıq və insan hüquqları təhsili yolu ilə aşılamaq, demokratiyaya, qanunlara və insan hüquqlarına qarşı olan narrativləri aradan qaldırmaqdır.