If there's no war tomorrow: what it might mean

If there's no war tomorrow: what it might mean

Rusiya Vladimir Putinin əsas prinsiplərindən biri heç vaxt gözləntiləri doğrultmamaq və gözlənilməyən tərzdə hərəkətlər etməkdən ibarətdir. Məsələn, 2014-cü ildə Krımın işğalı məsələsi Rusiya cəmiyyətinin gündəmində olsa da, beynəlxalq ictimaiyyət və siyasi elitalar tərəfindən gözlənilmirdi. Eynən indi düşünmək olar ki, Kreml “elan olunmuş müharibə”yə getmək və beləliklə Qərb institutlarının bu qədər dəqiq və effektiv işlədiyini sübut etmək istəmədi. Bəlkə də Moskvada hesab edirlər ki, növbəti dəfə yenə Rusiyanın hücumu barədə xəbərdarlıqlar olsa, onları heç kim ciddi qəbul etməyəcək və bu halda hücum daha effektiv ola bilər və Qərbin nüfuzu üçün böyük zərbə olacaq.

Lakin bu demək deyil ki, müharibə təhlükəsi Ukrayna üçün bitib. Yaxın aylarda gözlənilməz zaman və istiqamətlərdə zərbələr gözləmək olar (təbii ki, bu tammiqyaslı müharibə olmaya da bilər). Ukrayna dövlət qurumları və bankların saytlarına dünənki kiber hücum buna sadəcə bir işarə ola bilər. Əsas məsələ odur ki, keçən ildən müşahidə olunan hərbi təlimlər və xüsusilə NATO-ya ünvanlanmış “Putin ultimatumu” sıradan biri hadisələr deyil. Onlar birmənal olaraq Moskvanın status-kvodan narazı olduğunu və onu dəyişməyə çalışdığını göstərir. Putin başa düşməyə bilməz ki, bütün bunlardan sonra Ukraynadan və Qərbdən heç bir ciddi güzəşt (NATO-ya üzv olmamaq zəmanəti, Minsk prosesinə tam qayıdış və s.) almadan geir çəkilmək məğlubiyyət deməkdir. Ona görə də düşünürəm ki, yaxın bir neçə gün ərzində ciddi eskalasiya baş verməsə, bunun 2 səbəbi ola bilər.

Rusiyanın “hybrid təzyiq” tətbiq etməyə davam edərək istədiyinə nail olmaq planı. Buna sübutlar kimi əsasən Putin-Lavrov və Putin-Şolz görüşlərində səsləndirilmiş ifadələr (“diplomatiya üçün imkanlar hələ tükənməyib”,  və ya Şolzun Ukraynanın NATO üzvlüyü məsələsi gündəmdə olmadgığını deməsi) kimi hesab oluna bilər. Ola bilsin ki, Rusiya Ukrayna rəhbərliyinin qeyri-sabitliyin ölkə iqtisadiyyatına vurduğu ziyanı və ümumiyyətlə müharibə təhlükələrini nəzərə alıb Moskvanın şərtlərini qəbul edəcəyini göstərir. “DXR” və “LXR”-in tanınması barədə Parliament rəyinin Putinin masasında olmağı, onun “Donetskdə baş verənlər soyqırımdır” sözləri və möcvud hərbi hazırlığın yüksək səviyyədə qalmağı da bu versiyaya dəstək verə bilər. Amma Moskva başa düşməlidir ki, bu prosesdə vaxt Ukrayna xeyrinə işləyir: hərbi hazırlığı və silahlılığı artırdıqca o, potensial müharibəyə hazırlığını get-gedə artırır və eyni zamanda xarici partnyorlarının daha ciddi dəstəyini təmin edə bilər, eyni zamanda gərginlik səngiməsə, Qərb ölkələri sanksiya rejimini sərtləşdirə bilərlər. Bu isə Rusiyanın gələcək münaqişədə indikidən daha həssas vəziyyətdə olacağına zəmin yaradır.

Qərb orqanlarının məlumatları doğru idi və Rusiya həqiqətən əməliyyata başlamaq üzrə idi, lakin Qərbdən aldığı mesajlar alandan və potensial ziyanı bird aha nəzərə alandan sonra son anda geri çəkildi. Belə ssenari doğrulsa, nəticələri Putin üçün çox mənfi olacaq. Bu, həm də onun Rusiya elitas daxili imicini sarsıdacaq- ölkəsini təhlükəli həddə çatdırıb və Qərblə münasibətləri tam pozub qorxudan təslim olan bir lider hesab olunacaq. Bu isə onun hakimiyyəti üçün birbaşa təhdiddir. Həmçinin əmin olmalıyıq ki, əgər belə olubsa Qərb təzyiqini artıracaq, nəinki Ukraynada, bütün digər “qaynar nöqtələrdə”- CƏnubi Qafqaz, Moldova, Mərkəzi Asiya, Suriya, Afrikada. Rusiyanın daha da geri çəkilməsi, bütün cəbhələrdə təslim olması üçün təzyiqlər yaradılacaq. Bizim üçün təbii ki, Qarabağda olan sülhməramlılar məsələsi xüsusilə vacibdir. Son aylarda Azərbaycan rəhbərliyinin onların fəaliyyətindən narazılığı sürətlə artır, rusların erməni separatçıları ilə əlbir olduğu barədə fikir formalaşır. Yəqin ki bu ssenaridə Qərb ölkələri və böyük ehtimal Türkiyə də Azərbaycanı Rusiya missiyasına qarşı çıxmağa, onun beynəlxalq missiya ilə əvəz edilməsini tələb etməyə ruhlandıracaq.
 
NATO-ya verilmiş ultimatum və son aylarda atılmış digər addımlar Kremlin özünü alçaldılmış hesba etdiyini göstərir. Təhlükəsizlik üzrə  həyati maraqları riayət olunmadığını düşünən ölkə üçün müharibəyə hazır olmaq rasional seçimdir, xüsusilə də böyük ölkə üçün. Amma eyni zamanda, Rusiya elitasının Qərb ölkələri ilə əlaqələri, yaşayış standartları onun üçün müharibə xərclərini olduqca yüksək edir. İndiki tərəddüd böyük ehtimal məhz bu ziddiyatdan irəli gəlir.  İndiki vəziyyətdən müharibəsiz çıxıb nisbətən öz imicini qorumaq üçün bəlkə də yeganə çıxış yolu, müharibədən imtinnanı Rusiya və Ukrayna xalqlarının qanını tökmək və insanların yaşayış standartlarına zərbə vurmaq istməməklə izah etməkdir. Amma bu, hər halda Rusiyanın imperialist ambisiyaları cilovlamağa razı olduğunu anlamına gələcək və Rusiya daxilində şovinist, radikal çevrələrin  Putindən tam olaraq üz döndərməsinə səbəb olacaq.