Möhsün Fəxrizadəyə sui-qəsd və İran-Qərb münasibətləri
İranlı nüvə alimi Möhsün Fəxrizadənin qətli ABŞ və İran arasındakı münasibətlərin pisləşməsinin növbəti bir epizodudur. Hal-hazırda cinayətkarlarla bağlı qeyri-müəyyənlik olsa da, hücumun arxasındakı əsas motiva ehtimal ki, ABŞ prezident seçkilərinin nəticələri ilə bağlıdır. Demokratik partiyanın seçilmiş prezidenti (hələ təsdiqlənməsə də) Co Bayden Tramp administrasiyasının 2 may 2018-ci ildə tərk etdiyi Birgə Hərtərəfli Fəaliyyət Planına (İran nüvə razılaşması) qayıtmaq niyyətində olduğunu bildirib. Bu isə, razılşma əleyhdarları arasında iki dövlət arasında siyasi dialoqun bərpasına mane ola biləcək bir narazılıq yaradıb.
Bu yanaşma müəyyən bir səviyyədə nəticə verib. Belə ki, İranın hakim dairələri hazırda iki seçimlə üz-üzədir: 1) hücuma cavab verərək Bayden administrasiyasının müəyyən sanksiyaların qaldırılmasına töhfə verməsini çətinləşdirmək, 2) hücuma cavab verməmək, ancaq əhali arasında onsuz da gərgin olan legitimliyini daha da gərginləşdirmək riski. Bu kontekstdə qeyd etmək lazımdır ki, hücum İran təhlükəsizlik aparatının yüksək rütbəli məmurlarının qorunmasındakı uğursuzluğu kimi qiymətləndirilə bilər.
Bu dilemma İranın hazırda "cavab veriləcək, amma indi yox" mövqeyini izah edə bilər. Başqa sözlə, İranın intiqamının baş vermə ehtimalı var, lakin hal-hazırda dini rejimi müəyyən iqtisadi faydalar naminə Vaşinqtonda rəhbərlik dəyişikliyindən faydalanmağın mümkün olub-olmaması daha çox maraqlandırır. Buna baxmayaraq, Ruhani hökumətini Qərbə dialoq yönümlü yanaşmasına görə tənqid edən sərt xətt tərəfdarlarının indi əlavə imkan qazandıqları üçün səbrli yanaşma hazırki rejimə çox da kömək etməyib. Fəxrizadəyə sui-qəsdin şəxsi olaraq ABŞ-la danışıqlar aparmaq istəməməsi fonunda göstərmək cəhdləri də olmuşdur. Bu amillər 2021-ci ilin iyununda keçiriləcək İran prezident seçkiləri ərəfəsində rol oynamağa davam edəcək və bununla da İranın xarici siyasət kursunun gələcəyinin müəyyənləşdirilməsinə təsir göstərəcək.