Estoniya nümayəndə heyəti Topçubaşov Mərkəzini ziyarət edib
8 oktyabr 2026-cı il tarixində Estoniya Respublikasının Parlament nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində Topçubaşov Mərkəzini ziyarət edib.
Dörd nəfərdən ibarət nümayəndə heyətinə Estoniyanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tina Nirk rəhbərlik edib. Heyətdə Estoniya Respublikası Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Marko Mikelson, Komitənin üzvləri Hen Poluas və Erik-Niles Kros, həmçinin Komitənin müşaviri Birqit Kerd Leppik yer alıb.
Qonaqları Topçubaşov Mərkəzinin direktoru Rusif Hüseynov, direktor müavini Murad Muradov və Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin (BMTMM) sədrinin müavini Fərhad Məmmədov qəbul ediblər.
Görüş zamanı tərəflər Azərbaycan-Avropa İttifaqı münasibətləri, regional məsələlər, Cənubi Qafqazda baş verən proseslər və regiondakı mövcud vəziyyət barədə fikir mübadiləsi aparıblar.