Kanadalı diplomatlar Topçubaşov Mərkəzini ziyarət ediblər

Kanadalı diplomatlar Topçubaşov Mərkəzini ziyarət ediblər

20 may 2026-cı il tarixində Kanadanın Türkiyədəki Səfirliyinin müvəqqəti işlər vəkili Larisa Qaladza və Kanadanın Türkiyədəki Səfirliyinin ikinci katibi Holi Vayt Topçubaşov Mərkəzini ziyarət ediblər.

Qonaqlar Mərkəzin direktoru Rusif Huseynov, həmçinin təcrübəçilər Maurits Rodenberq və Zəhra Musayeva ilə görüş keçiriblər. Görüş zamanı tərəflər Cənubi Qafqazda baş verən proseslər və Azərbaycan–Kanada münasibətləri barədə fikir mübadiləsi aparıblar.