Topçubaşov Mərkəzi Təcrübə Proqramı üzrə müraciətlərin qəbulunu elan edir!
Topçubaşov Mərkəzi Təcrübə Proqramı üzrə müraciətlərin qəbulunu elan edir!
Proqram iştirakçıların analitik bacarıqlarını və peşəkar hazırlığını tədqiqat fəaliyyəti vasitəsilə gücləndirməyi hədəfləyir.
Təcrübəçilər Mərkəzlə qarşılıqlı razılaşdırılmış qrafik əsasında həftə içi gündə 4 saat yarımştat çalışacaqlar.
Kimlər müraciət edə bilər?
- Beynəlxalq Münasibətlər, Siyasi Elmlər, Regional Araşdırmalar və digər əlaqəli ixtisaslar üzrə bakalavr və magistr tələbələri, eləcə də yeni məzunlar;
- Müxtəlif mövzular üzrə çalışmaqda maraqlı olan, bilik və analitik-tədqiqat bacarıqlarını davamlı şəkildə inkişaf etdirməyə həvəsli şəxslər;
- Güclü analitik düşünmə və dil biliklərinə malik namizədlərə üstünlük veriləcəkdir.
Aşağıdakı mövzular üzrə ixtisaslaşmış və ya dərin biliklərə malik namizədlərə üstünlük veriləcək:
1. Qərbi Avropa ölkələrinin (Böyük Britaniya, Fransa, Almaniya) xarici siyasəti
2. ABŞ-Avropa münasibətləri
3. NATO-nun Rusiya ilə bağlı strateji yanaşması
4. Rusiyanın xarici siyasəti və informasiya strategiyaları
5. Qlobal enerji bazarları, neft və qaz qiymətləri
Necə müraciət etməli?
Təcrübə proqramına qoşulmaq istəyən şəxslər öz tərcümeyi-hal (CV) və motivasiya məktublarını [email protected] elektron poçt ünvanına başlıqda “Təcrübə proqramı” qeyd etməklə göndərə bilərlər. Namizədlərin müraciətdə araşdırma mövzuları qeyd etmələri xahiş olunur.
Qeyd:
Təcrübə proqramı üçün qonorar nəzərdə tutulur.
Yalnız kriteriyalara cavab verən namizədlərlə əlaqə saxlanılacaq.
Müraciət üçün son tarix: 28 fevral 2026-cı il