Rusif Hüseynovun Macarıstanda çıxış edib
18 noyabr 2025-ci il tarixində Topçubaşov Mərkəzinin direktoru Rusif Hüseynov Budapeştdə yerləşən Macarıstan Beynəlxalq Əlaqələr İnstitutunun təşkil etdiyi "EastSec" Forumunda iştirak edib.
Şərqi Avropa və Cənubi Qafqazdakı geosiyasi proseslərə həsr olunan tədbir bir sıra ölkələrdən seçilmiş ekspert və natiqləri bir araya gətirib.
Panel müzakirəsi zamanı Rusif Hüseynov Ermənistan–Azərbaycan normallaşma prosesinin cari dinamikasını təhlil edib və Cənubi Qafqazda regional inteqrasiyanın inkişafına dair baxışını bölüşüb.