Gülxanım Məmmədov təhsil səfəri ilə Serbiyanı ziyarət edib

23-28 sentyabr 2025-ci il tarixləri arasında Topçubaşov Mərkəzinin tədqiqatçısı Gülxanım Məmmədova təhsil səfəri çərçivəsində Serbiyaya səfər etmişdir.
Böyük Britaniyanın “Barışıq Resursları” təşkilatı tərəfində həyata keçirilən səfər çərçivəsində Gülxanım Məmmədovanın da iştirak etdiyi nümayəndə heyəti yerli icmalar, vətəndaş cəmiyyəti təşkilatları və beynəlxalq qurumlar tərəfindən barışıq və davamlı sülhün təşviqi üçün həyata keçirilən müxtəlif yanaşmalar və strategiyalarla tanış olmuşdur.
İştirakçılar sahə üzrə mütəxəssislər və yerli icma üzvləri ilə görüşərək, münaqişədən sonrakı dövrdə üzləşilən çağırışları, eləcə də dialoqu, etimadı və müxtəlif qruplar arasında əməkdaşlığı gücləndirməyə yönəlmiş lokal təşəbbüsləri daha yaxından öyrənmişlər.