Məhəmməd Mehdiyev NEXT Milan Forumunda iştirak edib

Məhəmməd Mehdiyev NEXT Milan Forumunda iştirak edib

5–6 may 2025-ci il tarixlərində Topçubaşov Mərkəzinin tədqiqatçısı Məhəmməd Mehdiyev İtaliyanın Beynəlxalq Siyasi Araşdırmalar İnstitutunun (ISPI) təşkilatçılığı ilə Milanda keçirilən iki günlük beynəlxalq forum – NEXT Milan Forumunda iştirak etmişdir.

Forum dünyanın müxtəlif ölkələrindən gəlmiş gənc istedadlar və gələcəyin liderlərini bir araya gətirərək onları beynəlxalq siyasətçilər, ekspertlər və biznes nümayəndələri ilə fikir mübadiləsinə cəlb etmişdir. Seminarlar, ustad dərsləri və interaktiv plenar sessiyalar vasitəsilə iştirakçılar münaqişələrdən iqtisadi keçidlərə, süni intellektin təsirindən yaşıl transformasiyaya qədər aktual qlobal problemləri müzakirə etmiş və fikir mübadiləsi aparmışlar.