Gülxanım Məmmədova ATƏT-in "Sülh üçün Qadın liderliyi" proqramına seçilib

Mərkəzin tədqiqatçısı Gülxanım Məmmədova ATƏT-in "Sülh üçün Qadın liderliyi" proqramının ikinci buraxılışında iştirak etmək haqqı qazanıb. Bu proqram ATƏT-in qadın liderlər, o cümlədən sülh qurucuları və vasitəçilər üçün şəbəkə platformasının qabaqcıl proqramlalrdan biridir və 2024-cü ilin iyununa qədər davam edəcək.
ATƏT-in "Qadın Sülh liderliyi" proqramının ikinci nəşri ATƏT regionunda sülh quruculuğu, münaqişələrin həlli və/və ya onların qarşısının alınmasında fəal iştirak edən 16 qadını hədəf alıb. Proqramın əsas məqsədi iştirakçıların liderlik və ünsiyyət bacarıqlarını inkişaf etdirmək və karyera yüksəlişlərini dəstəkləməkdir.