Məhəmməd Məmmədov Berlində konfransda çıxış edib
Sentyabrın 18-20-də, Topçubaşov Mərkəzinin tədqiqatçısı Məhəmməd Məmmədov Berlində Almaniya xarici işlər nazirliyinin dəstəyilə Wechange təşkilatı tərəfindən təşkil olunan "Şərq Tərəfdaşlığının gələcəyi: Demokratik və dayanıqlı vətəndaş cəmiyyətlərinin gücləndirilməsi" başlıqlı beynəlxalq konfransda iştirak edib. O, "Cənubi Qafqazda geosiyasi dəyişikliklərin analizi" mövzusunda panel müzakirələrində çıxış edib.