Rusif Hüseynov Azərbaycan - Avropa İttifaqı münasibətləri barəsində çıxış edib.
3 aprel 2023-cü il tarixində Topçubaşov Mərkəzinin direktoru Rusif Hüseynov “Aİ - Azərbaycan münasibətləri: perspektivlər və faydalar” adlı seminarda iştirak edərək Azərbaycan və Avropa İttifaqı arasında mövcud vəziyyət və yaranan imkanlar haqqında öz fikirlərini bildirib.
Tədbir Avropa İttifaqına sədrlik edən İsveçin Bakıdakı səfirliyi və ADA Universiteti ilə birgə təşkil olunmuşdur.