Nigar Müzəffərova Strasburqda sülh quruculuğu tədbirində iştirak edib

Nigar Müzəffərova Strasburqda sülh quruculuğu tədbirində iştirak edib

Topçubaşov Mərkəzinin tədqiqatçısı Nigar Müzəffərova 24-25 yanvar tarixlərində Strasburqdakı Avropa Gənclər Mərkəzində keçirilən "Beynəlxalq gənclər fəaliyyətində sülh təhsilinə yeni yanaşma" mövzusunda iki günlük toplantıda iştirak edib.

Tədbir zamanı sülh quruculuğu sahəsində çalışan 30 ekspert, təlimçi və fəal sülh təhsilinə yeni yanaşmalar, onun davamlılığı və effektivliyini müzakirə ediblər. Görüş zamanı iştirakçılar bu sahədə əsas problemlər və onların həlli yollarını nəzərdən keçiriblər.