Rusif Hüseynov Rondeli konfransında çıxış edib

Rusif Hüseynov Rondeli konfransında çıxış edib

20 dekabr 2022-ci il tarixində Gürcüstan Strateji və Beynəlxalq Tədqiqatlar Fondu (Rondeli Fondu) Tiflisdə “Qarabağ müharibəsindən iki il sonra: sülhün axtarışında” adlı konfransa ev sahiblik etmişdir. Konfransın natiqlərindən biri – Topçubaşov Mərkəzinin direktoru Rusif Hüseynov tədbirin “Cənubi Qafqazda regional əməkdaşlıq: yeni imkanlar” adlı panelinə qatılmış və bölgənin iqtisadi potensialı, həmçinin mümkün əməkdaşlıq mexanizmləri barəsində fikirlərini bölüşmüşdür.