Simona Scotti "ASIAC" illik konfransında çıxış edir
Topçubaşov Mərkəzinin tədqiqatçısı, Simona Scotti, 1-3 dekabr tarixlərində İtaliyanın Berqamo şəhərində baş tutan və "ASIAC" (İtaliyanın Orta Asiya və Qafqaz Araşdırmaları Birliyi) tərəfindən keçirilən illik konfransda çıxış edib. O, Türkiyənin Cənubi Qafqazda həyata keçirdiyi təhlükəsizlik siyasəti çərçivəsində Ağdamda yaradılan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin rolu ilə bağlı apardığı araşdırmanın ilkin nəticələrini təqdim edib.