Rusif Hüseynov “EU4Dialogue” layihəsinin yerli əlaqələndiricisi seçilib
Topçubaşov Mərkəzinin direktoru Rusif Hüseynov “EU4Dialogue” layihəsinin yerli əlaqələndiricisi seçilib. Bu səlahiyyət çərçivəsində o, Azərbaycan üzrə müəyyən mövzularda araşdırmalar hazırlayacaq, Azərbaycan tərəfdən layihə ilə bağlı müəyyən məsələlərin həllində, həmçinin Brüsseldə yerləşən ekspertlərin Azərbaycandakı həmkarları ilə əlaqə saxlamasına dəstək verəcək.
“EU4Dialogue” layihəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilir və Konrad Adenauer Fondunun (Almaniya) rəhbərlik etdiyi konsorsium tərəfindən icra edilir.