Urs Unkauf Topçubaşov Mərkəzini ziyarət edib
Bu gün, noyabrın 17-də Almaniyanın İqtisadi İnkişaf və Xarici Ticarət üzrə Federal Assosiasiyasının Hökumətlə Əlaqələr üzrə direktoru və ADA Universitetinin qonaq tədqiqatçısı Urs Unkauf Topçubaşov Mərkəzinin ofisində olub.
Cənab Unkauf Mərkəzdən Rusif Hüseynov və Simona Skotti ilə görüşüb və tərəflər almaniyalı ekspertin Qarabağda bərpa layihələri ilə bağlı layihəsini müzakirə ediblər.
Görüş zamanı həmçinin qurumlar səviyyəsində əməkdaşlıq məsələləri də müzakirə olunub.