Topçubaşov Təcrübə Proqramı

Topçubaşov Təcrübə Proqramı

Topçubaşov Mərkəzi Azərbaycan universitetlərində əsasən beynəlxalq münasibətlər və siyasi elmlər üzrə bakalavr və magistatura pillələrində təhsil alan tələbələr üçün aşağıdakı sahələr üzrə təcrübə proqramı elan edir:

- Regionşünaslıq

- Təhlükəsizlik

- Kontent üzrə menecer

- Multimedia kontenti üzrə menecer

Eyni zamanda bir neçə mövzu üzərində işləməyə və öyrənməyə hazır, bilik və bacarıqlarını artırmağa həvəsli şəxslərlə birgə çalışmaq əsas məqsədimizdir. Namizədlərin fəaliyyət göstərmək istədikləri sahə üzrə bacarıqlara malik olması, təhlil qabiliyyəti və dil biliklərinin yuxarı səviyyədə olması arzu ediləndir.

 

Təcrübə proqramına qoşulmaq istəyən tələbələr öz tərcüməyi-hal (CV) və motivasiya məktublarını [email protected] elektron poçt ünvanına başlıqda çalışmaq istədikləri istiqaməti qeyd etməklə göndərə bilərlər.

Müraciət üçün son tarix: 30 sentyabr 2020