Bağla

Ekspert Rəyi

Azərbaycan Dağlıq Qarabağ ermənilərinin hüquqlarını müdafiə etməyi öhdəsinə götürür

06-10-2020, 04:51   415

Erməni tərəfinin Dağlıq Qarabağla barışmaz mövqeyini əsaslandırmaq və xaricdən dəstək cəlb etmək üçün istifadə etdiyi əsas təbliğat vasitələrindən biri də guya ki, Azərbaycan və Türkiyənin 1915-ci il “erməni soyqırımı”nı “bitirmək” niyyətləri barədə həyəcan dolu iddialardır. Bu iddialar, bölgənin mürəkkəb həqiqətlərindən xəbərsiz olan auditoriyaya emosional təsir göstərmək və əbədi düşmənlərin əhatəsində qurban olan bir xalq obrazını yaratmaq məqsədi daşımaqdadır.

Bununla belə, bu narrative tamamilə yanlış və yanıldıcıdır. Əvvəla, mövcud status-kvo hazırda Ermənistanın işğalı altında olan bölgələrdən və eyni zamanda Ermənistandan qovulmuş yüz minlərlə azərbaycanlının etnik təmizlənməsi bahasına əldə edilmişdir. Ermənistan hökuməti və qondarma “Dağlıq Qarabağ Respublikası” rejimi 100 il əvvəl Azərbaycanın Osmanlı Türkiyəsinin deyil, çar Rusiyasının tərkibində olduğu dövrdə baş verən hadisələrə toxunaraq, diqqəti Qarabağ müharibəsində törədilən əsl cinayətlərdən yayındırmağa çalışırlar. Xatırladaq ki, Cenevrə Konvensiyasının 49-cu maddəsinə əsasən, döyüş əməliyyatları nəticəsində didərgin düşmüş mülki əhalinin döyüş əməliyyatları dayandırıldıqdan sonra dərhal evlərinə qayıtmasına icazə verilməlidir. 1994-cü ildə imzalanan atəşkəsdən bəri 26 il ərzində Ermənistan bu müddəanın həyata keçirilməsi üçün heç bir şey etməyib.

Eyni zamanda, Bakı hər zaman erməni icması ilə konstruktiv dialoqa üstünlük verdiyini, Qarabağ probleminin təhlükəsizliyi təmin edəcək və Dağlıq Qarabağda hər iki etnik qrupun mənafelərini bərqərar edəcək ədalətli və haqlı həllini nəzərdə tutduğunu hər zaman açıq şəkildə bildirmişdir. Vasitəçilər tərəfindən təklif olunan və Azərbaycan tərəfinin təsdiqlədiyi bir sıra sülh planlarında ehtiyac olduqda üçüncü dövlətlərin iştirakı ilə erməni icmasına yüksək dərəcədə muxtariyyət, erməni dilinə rəsmi dil statusu və təhlükəsizlik zəmanəti verilmişdir. Bakı Ermənistan ərazisində heç bir hədəfi olmadığını açıq şəkildə göstərmiş, Ermənistan ərazisindən Azərbaycana bir sıra zərbələr endirildikdən sonra belə qarşı həmlə etmə hüquqlarından istifadə etməmişdir.

Prezident İlham Əliyev dəfələrlə Dağlıq Qarabağın erməni icmasına müraciətlətində bildirmişdir ki, rəsmi Bakının hazırda işğal altında olan ərazilərdə heç bir etnik təmizləmə və ya etnik balansın dəyişdirilməsi məqsədi yoxdur. Ermənilər Azerbaycan vətəndaşı hesab edilərək bu vətəndaşlığın verdiyi bütün hüquqlardan tam yararlana bilər. Ötən il Dağlıq Qarabağın azərbaycanlı icmasının yeni təyin olunmuş sədri Tural Gəncəliyev Dağlıq Qarabağın eməni icmasının Azərbaycan cəmiyyətinə yenidən inteqrasiyası ilə bağlı proqram nəşr edib. Təəssüf ki, Ermənistanın Müdafiə Naziri Davit Tonoyanın elan etdiyi “Yeni ərazilər üçün yeni müharibə” doktrinası, Baş Nazir Nikol Paşinyanın sülh danışıqlarını rədd etməsi, həmçinin 2020-ci ilin iyul ayında Tovuz istiqamətindəki təxribat hərbi toqquşmaları qaçılmaz etmişdir. Bununla belə, hazırki əməliyyatlar yalnız Azərbaycanın beynəlxalq tanınan ərazisində yerləşən Ermənistan ordusu və yarımhərbi qüvvələrinə qarşı aparılır. Mülki əhali və hərbi əsirlərlə Cenevrə Konvensiyasına uyğun insani rəftar rəsmi Bakının bölgə ilə bağlı siyasətində prioritetdir.