KTMT sammitinin nəticələri

KTMT sammitinin nəticələri

KTMT üzvü olan ölkələrin dövlət və hökumət başçılarının 10 yanvar 2022-ci il tarixli virtual sammiti 2 əsas məqsəd daşıyırdı: blokun bütün üzvləri tərəfindən paylaşılan Qazaxıstanda baş verən hadisələrin şərhini rəsmiləşdirmək və onların iştirakı ilə KTMT-nin - “Rusiya ilə bağlı ölkələr qrupu üçün fasad”dan Rusiya prezidentinin “bizim evimiz” kimi səciyyələndirdiyi regionun qorunması alətinə çevrilməli olan yeni səviyyəyə çıxdığını dünyaya göstərmək.

Təbii ki, sammitin bütün müşahidəçilərini, ilk növbədə, öz ölkəsinə KTMT-nin sülhməramlı kontingentini dəvət edən Qazaxıstan Prezidenti Qasım-Comərd Tokayevin çıxışı maraqlandırırdı. Əslində, o, Qazax hadisələrini respublikaya “mütəşəkkil terror hücumu” kimi səciyyələndirərək, bununla yanaşı, dinc vətəndaşların legitim və obyektiv qeyri-intizamlı etirazlarının olduğunu etiraf edərək, əvvəllər verdiyi bəyanatlara heç nə əlavə etmədi.

Yeganə yeni verdiyi məlumat öldürülmüş xarici terrorçuların cəsədlərinin hələ də ictimaiyyətə təqdim edilməməsinin səbəblərini izah eməsindən ibarətdi: aşkarlandı ki, onların yoldaşları gecə morqalara hücum edərək onları götürürlər. Əlbəttə, bu bəyanat kiməsə inandırıcı gəlmədi və sadəcə Qazax rəsmi versiyaları ilə razılaşmayan skeptiklərə əlavə arqumentlər verdi.

KTMT ölkələrinin liderləri bununla yanaşı, müvəffəqiyyəti möhkəmləndirməyə çalışır və postsovet məkanının digər ölkələrinin daxili sabitliyi və dövlətçiliyi qorumaq üçün blokla bu və ya digər şəkildə yaxınlaşmağa məcbur olacağına birmənalı işarə edirlər. Belarus lideri Özbəkistanı açıq şəkildə “terrorçuların növbəti hədəfi” adlandırdı, Rusiya Dövlət Dumasının deputatı L. Kalaşnikov isə elə həmin gün daha da irəli gedərək, bir müddət əvvəl təşkilat üzvü olan Daşkəndin “oraya qayıtmalı olacağını” bildirdi.

Ümumiyyətlə, sammit blok daxilində ümumi əhval-ruhiyyəni və onun daxilində rolların paylanmasını əyani şəkildə göstərdi. Məsələn, Vladimir Putin sanki Tokayevə cavab olaraq, sülhməramlı qüvvələr “Qazaxıstanda lazım olan qədər qalacağını” birmənalı şəkildə bildirdi, bununla da “ev sahibinin” kimin oluduğunu göstərməyə çalışdı. Onu da qeyd etmək lazımdır ki, həm məzmununda, həm də sovet ruhu ilə açıq-aydın ifadə edən stilistikasında rusiyalı həmkarından daha da irəli gedən və bir növ, “Sovet İttifaqının dirçəlişinin” barədə dəqiq ismarışlar göndərən Belarus prezidentinin daşıdığı “beynəlxalq Jirinovski” statusu möhkəmləndi.