Türk Şurasının 2020-ci ilin böhranlarını həll etməkdə böyüyən rolu

Türk Şurasının 2020-ci ilin böhranlarını həll etməkdə böyüyən rolu

Yaradıldıqdan 10 il sonra Şura  qlobal siyasi səhnədə qarşılıqlı dəstəyə şərait yaratmağa davam edir. 

1991-ci ildə dünyanın xəritəsi radikal şəkildə dəyişdi: Sovet İttifaqının yerində bir neçə dövlət, həmçinin beş türk dövləti – Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistan yarandı və yeni dünyaya inteqrasiya etməyə başladı. Bu mühitdə Türkiyə post-sovet ölkələrinin ən mühüm partnyorlarından biri oldu. Onların müstəqilliyini tanıyan ilk ölkə olmaqdan başqa, Türkiyə Qərb və türk dünyaları arasında körpü rolunu oynamağa başladı. Türkdilli ölkələr arasındakı əməkdaşlıq yavaş, lakin stabil olaraq inkişaf etdi: 2009-cu ilin 3 oktyabrında Naxçıvan müqaviləsi ilə Türk Şurasının əsasları formalaşdı.

Yaradılmasından 10 il keçdikdən sonra Şuranın fəaliyyəti artıq müxtəlif sahələri əhatə edir. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə tərəfindən yaradılmış Şura üzvlüyünü Özbəkistanın da qoşulması ilə genişləndirmiş, hətta AB üzvü Macarıstanı da müşahidəçi qismində özünə cəlb etmişdir. Buna baxmayaraq, Şuranın coğrafi sərhədləri özünün üzv və müşahidəçi dövlətləri arasındakı genişlənən əlaqələrin potensialı ilə birlikdə daha da böyüyür.

Təşkilat üzvləri ilə bağlı beynəlxalq məsələlərdə qətiyyət nümayiş etdirir. Şuranın tarixi qardaşlıq bağları ilə inkişaf etmiş strukturu üzvlərinin ümumi səsini əks etdirməklə onun imicinin beynəlxalq miqyasda artmasına xidmət edir.

Məsələn, Türk Şurası Türkiyənin şimali Suriyadakı “Sülh Bulağı” hərbi əməliyyatına dəstək oldu və Ankaraya qarşı “eməni soyqrımı” ittihamlarını qınadı. Şura daha böyük miqyasda – öz iri coğrafiyasında da böyük rola malik olub, üzvlərinin xarici siyasətləri ilə güclü harmoniya yaradır və qlobal siyasi səhnədə hərtərəfli dəstəyə nail olmağa çalışır.

Şura, üzvlərinə təsir edən regional məsələlərdəki ümumi tərəfini xüsusi vurğulayaraq Kipr, Misir və Ukrayna ilə əlaqədar mövzularda da birgə bəyanatlar və bəyannamələr qəbul etmişdir. 

Azərbaycanın təşkilata rəhbərlik dönəmi də beynəlxalq proseslərə cəld reaksiyalara görə diqqətəlayiqdi. Belə ki, 10 aprel 2020-ci ildə Prezident İlham Əliyevin təklifi ilə pandemiya üzrə üzv və müşahidəçi dövlətlər arasında əməkdaşlığın mümkünlüyünü müzakirə etmək üçün “Bakı bəyannaməsi”nin qəbulu ilə nəticələnən Növbədənkənar Onlayn Zirvə görüşü çağırıldı. Beləliklə, planetimizi əsir almış pandemiyaya qarşı dünyamiqyaslı çağırışlara reaksiya verən ilk beynəlxalq qurum da Türk Şurası olmuşdur. 

Növbədənkənar Zirvə görüşü böyük uğur olub, ilk dəfə Macarıstanın da iştirakı ilə praktiki cəhətdən həmrəylik ilə nəticələndi (məsələn, tibbi ləvazimat yardımı). Bundan əlavə, Şura Səhiyyə nazirlərini və Sağlamlıq Koordinasiya Komitəsini, üzv və müşahidəçi ölkələrdən müvafiq rəsmiləri və alimləri cəmləşdirən Elmi Sağlamlıq qrupu və Təchizat Zənciri Qrupu ilə birlikdə ilk video-konfranslarını keçirdi, əməkdaşlığı, tibbi yardımı, qlobal sağlamlıq böhranı dönəmi və sonrasında yeni imkanların mümkünlüyünü müzakirə etdi. 

Növbədənkənar Zirvə görüşü nəticəsində Türk Şurası ölkələri arasında əməkdaşlıq cəhdləri nəqliyyat, iqtisadiyyat, ticarət, ənənələr və miqrasiya sahələrində yeni impuls qazandı. Nəqliyyat nazirləri ərzaq, tibbi məhsullar və humanitar yardımın davamlılığını təmin etmək üzrə razılığa gəldilər: buraya əsas məhsullar üçün beynəlxalq sürətli nəqliyyat xətti - "yaşıl dəhliz"in yaradılması da daxildir. 

Nazir və yüksək çinli rəsmilər səviyyəsində keçirilən görüşlərin ən böyük məqsədi təchizat zəncirinin kəsilməzliyini təmin etmək və pandemiyaya baxmayaraq, üzv ölkələr arasında ticarəti gücləndirməkdir. 

Üzvlər arasında həmrəyliyi göstərən zəruri addımlardan biri də Şuranın Azərbaycanın işğal olunmuş ərazilərindəki qeyri-qanuni fəaliyyətlərə qarşı ümumi mövqeyi - erməni işğalı altında olan Qarabağda 31 mart 2020-ci ildə keçirilən qondarma “prezident və parlament seçkiləri”ni pislədiyi bəyanat oldu. 

Türk Şurası beynəlxalq hüququn norma və prinsiplərinə sadiqliyini təsdiqləyərək, Qarabağ münaqişəsinin sülh və Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyini təkrarladı. Bu konteksdə Türk Şurasının baş katibi Bağdad Amreyevin Ermənistanın 12 iyul 2020-ci ildə Azərbaycanın sıx məskunlaşıılmış sərhəd bölgəsi Tovuza hücumunu qınaması və tənqid etməsi diqqətəlayiqdir. O, tərəfləri döyüşlərə təxirəsalınmaz şəkildə son verməyə və vəziyyətin kəskinləşməsinin qarşısını almağa, münaqişəni beynəlxalq hüquq normaları və prinsipləri, eləcə də BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul olunmuş əlaqədar qətnaməsinə uyğun əsaslarda həll etməyin yollarını axtarmağa çağırdı. Tovuz döyüşlərində Şuranın qəti mövqeyi təşkilatın regional məsələlərə cəld və konstruktiv reaksiyasını nümayiş etdirdi. 

Türk Şurasında qərarvermə prosesinin vahidliyi Prezident İlham Əliyevin son çıxışlarının birində böyük üstünlük kimi qiymətləndirildi. Prezident Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın Tovuz döyüşlərindən sonra Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatıından yardım istəməsinə baxmayaraq, həm KTMT, həm Türk Şurasının üzvləri olan Qazaxıstan və Qırğızıstanın Azərbaycanın tərəfində dayandığını vurğuladı. Bu onu göstərdi ki, Türk Şurasının potensialı, üzvlər arasındakı birgə dəyərlərə əsaslanan təbii bağlar və mədəniyyət KTMT-nin üzvlərinin bağlarından daha üstündür.  

Bundan əlavə, Şura tərəfindən təqdim olunan ümumi bəyanatlar təhlükəsizlik və siyasi münasibətlər kimi müxtəlif strateji məsələlərdə üzvlərin mövqeyini başa düşməkdə strateji əhəmiyyət daşıyır.

2020-ci ildə təhlükəsizliyə və sağlamlığa təhdidlərə reaksiya nümunələri türk dünyasının qlobal böhrana ortaq yanaşmasını və beynəlxalq çağırışlara cəld cavabını göstərdi. Ortaq təhdidlərə müqavimət göstərmək üçün vahid səsə və regional həmrəyliyə artan ehtiyac Şuranın qlobal sülh və stabilliyə böyük töhfə verən rolunu gücləndirir. Bundan əlavə, təşkilat coğrafi ərazisini genişləndirməyə can atır və post-sovet ölkələrindən Mərkəzi Asiyanın Türk dövlətlərini öz çətirinin altına toplayaraq regional siyasətdə  “lider yaradıcı” olmaq istəyir. Eyni zamanda, qeyd olunduğu kimi, Türk Şurası özünün əsas gücünü iştirakçı dövlətlər arasındakı təbii bağlardan almışdır, bu da təşkilata saf siyasi maraqlardan daha çox ortaq tarix və qarşılıqlı inama əsaslanan dəyərlər yaratmağa imkan verir.

 

Məqalənin orijinalı burada dərc olunub.