Məhəmməd Məmmədov ABŞ-da beynəlxalq proqramda iştirak edir
Topçubaşov Mərkəzinin tədqiqatçısı Məhəmməd Məmmədov 16 mart-6 aprel tarixlərində ABŞ-da Dövlət Departamentinin təşkil etdiyi nüfuzlu Beynəlxalq Qonaq Liderlik proqramında (International Visitor Leadership Program) iştirak edir. Avropanın müxtəlif ölkələrindən 7 nümayəndənin də qatıldığı proqram müddətində tədqiqatçımız Amerikanın enerji mövzusu üzrə ixtisaslaşmış fərqli dövlət institutlarında, beyin mərkəzlərində və universitetlərində olub. Müzakirələr əsasən iqlim dəyişikliyi prosesini yavaşladaraq enerji təhlükəsizliyinin təmin olunması məsələsini əhatə edib.