Turan Qafarlı Rondeli Təhlükəsizlik Konfransında iştirak edib

Turan Qafarlı Rondeli Təhlükəsizlik Konfransında iştirak edib

18-19 may 2023-cü il tarixlərində Topçubaşov Mərkəzinin eksperti Turan Qafarlı Gürcüstanın paytaxtı Tiflis şəhərində keçirilən Rondeli Təhlükəsizlik Konfransında iştirak edərək, Orta və Şimal-Cənub dəhlizləri, Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda transport marşrutların açılması perspektivləri ilə bağlı fikirlərini “Cənubi Qafqazda əlaqələr: yeni fəsil?” adlı sessiyada bildirib. Eka Akobia-nın sədrlik etdiyi paneldə Tengiz Pxaladze və Hrant Mikaelyan da iştirak etmişdir.

Konfrans Gürcüstanın Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi (Rondeli Fondu) tərəfindən Fridrix Ebert Fondu və German Marşal Fondu ilə birgə təşkil olunub.