Məhəmməd Məmmədov yay məktəbində çıxış edib

Məhəmməd Məmmədov yay məktəbində çıxış edib

Topçubaşov Mərkəzinin tədqiqatçısı Məhəmməd Məmmədov 15 avqust tarixində Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Alman Akademik Mübadilə Xidmətinin (DAAD) birgə təşkil etdiyi yay məktəbində çıxış edib. Post-neft dövrü mövzusuna həsr olunmuş proqramın ümumi gündəliyinə uyğun olaraq Məhəmməd Məmmədov iştirakçılara dəyişən geosiyasi reallıqlar kontekstində Azərbaycanın nəqliyyat siyasəti və onun qeyri-neft sektorunun inkişafında rolu barədə məlumat verib.